Göyçayda piyadanın ölümü ilə nəticələnən qəzanın yeni detalları məlum olub.
Oxu.Az-ın məlumatına görə, dünən saat 22 radələrində Göyçay şəhəri ərazisində Yasin Yaqubov idarə etdiyi VAZ markalı avtomobillə yolu keçən piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub.
Piyada zərbənin təsirindən yolun əks istiqamətinə yıxılıb və hərəkətdə olan "Opel" markalı avtomobil onun üzərindən keçib.
E.Hüseynov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bugün saat 22 radələrində Göyçay şəhəri ərazisində qeydə alınıb.
Yasin Yaqubov idarə etdiyi VAZ markalı avtomobillə hərəkətdə olarkən piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Aqil Vəlili