Göyçay rayonunda köhnə meyvə-tərəvəz və geyim əşyaları bazarı kimi tanınan “Göyçay-Bazar” ASC-nin ərazisində başlanan yanğın FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti tərəfindən söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Mağaza sahiblərinə xeyli maddi ziyan dəyib.
17:03
Göyçay rayonunda bazar yanır.
Oxu.Az xəbər verir ki, rayonun əsas bazarlarından sayılan, Üzeyir Hacıbəyov küçəsində yerləşən “köhnə bazar” adlanan ərazidə yanğın baş verib.
Göyçay rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi hazırda ərazidədir.
Yanğın davam edir.
Qeyd edək ki, bazarda, əsasən, geyim və ərzaq məhsulları satılır.