Güclü külək nəticəsində gecə saatlarında qovaq ağacı qırılaraq Göyçay-Ucar avtomagistralının 2-ci kilometrliyinə aşıb.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, ağac yolun əsas hissəsinə düşüb və gövdəsi iri olduğundan təxminən bir saat nəqliyyatın hərəkətinə mane olub.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Ağacın yoldan təmizlənməsi işinə rayon ərazisində yanğın hadisəsindən qayıdan FHN əməkdaşları kömək edib. Ağacın iri budaqları və gövdəsi kəsilərək ərazidən çıxarılıb.
Əraziyə yaxın olan Potu kənd nümayəndəliyindən bildirilib ki, həmin vaxtlarda rayonda təxminən yarım saat ərzində güclü küləklə müşahidə olunan burulğan baş verib.
Ağac bu səbəbdən aşıb. Heç bir tələfat qeydə alınmayıb.
Nazir Quliyev