Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Göyçayda məişət tullantıları ilə çirklənən çay yatağı təmizlənir - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
“Göyçay rayonunda yağan leysan yağışlar nəticəsində Qarabaqqal kəndində yerləşən tullantı poliqonundakı zibillərin sel vasitəsilə çaya gətirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar aidiyyəti quruma məlumat verilib”.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Akif Məmmədov deyib.
O bildirib ki, hazırda çay tullantıların idarə olunmasına cavabdeh qurum olan Göyçay rayon Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən ərazidə təmizlik işləri aparılır.
13:05
“13 may 2024-cü il tarixdə Göyçay rayonu ərazisində yağan güclü yağış nəticəsində rayonun Qarabaqqal kəndinin dağlıq ərazisindəki məişət tullantıları poliqonunu sel suları basıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Göyçay Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, sel sularının zibil poliqonunu basması nəticəsində oradakı məişət tullantıları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində toplanıb:
“Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri ilə birlikdə əraziyə texnika cəlb edilərək müvafiq tədbirlər görülür”.
10:36
Son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Oxu.Az xəbər verir ki, ötən gün Göyçay rayonunda çaydan sel keçib.
Nəticədə çay yatağını zibil və məişət tullantıları tutub.
Həmin görüntüləri təqdim edirik:
Könül Cəfərli
Rəylər