Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Göyçayda mənşəyi məlum olmayan yarım ton ət aşkarlanıb
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, növbəti belə tədbir DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə noyabrın 15-də Göyçay rayonu ərazisində keçirilib.
Birgə tədbirlərlə noyabrın 15-də Göyçay rayonu ərazisində Mingəçevir şəhər sakini Məhəmməd Mehdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobilin yük yerindən mənşəyi bilinməyən, çəkisi 500 kiloqram ət aşkar edilərək götürülüb.
Ətdən götürülən nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Şəmkirdə iki nəfər qidadan ZƏHƏRLƏNDİ
- Kərə yağı adı ilə satılan daha üç məhsulun tərkibində uyğunsuzluqlar aşkarlandı
- Azərbaycana gətirilən nektarin və şaftalı tinglərində VİRUS AŞKARLANDI
- "Azza"nın istehsal etdiyi yağ məhsulu satışdan yığışdırılır - SƏBƏB
- "Top Qapı" restoranında ciddi nöqsanlar aşkarlandı