Göygöl rayonunun Gəncə kəndinin ərazisində yerləşən iki hektara yaxın meşə zolağında başlayan yanğının söndürülməsi üçün daha bir maşın cəlb olunub.
Yanğın söndürülüb.
20:52
Göygöl rayonunun Gəncə kəndinin ərazisində yerləşən iki hektara yaxın meşə zolağı yanıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, əraziyə Göygöl rayonundan iki, Gəncə şəhər Hacıkənd qəsəbəsindən bir yanğınsöndürən maşın gətirilib.
Yanğının söndürülməsinə 18 nəfər canlı qüvvə cəlb olunub.
Nazir Quliyev