Göygöldə sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
“KAMAZ” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.