Göygöldə avtomobil piyadanı vuraraq öldürüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Göygöl Rayon İdman Kompleksinin yaxınlığında baş verib.
"Chevrolet" markalı avtomobil 1948-ci il təvəllüdlü Bəndər Əliyevi vurub, nəticədə piyada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.