Göygöldə 3 yaşlı uşaq hovuza düşərək boğulub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.
2013-cü il təvəllüdlü İsgəndərov Ayxan Rauf oğlu valideynlərin gözündən yayınaraq həyətdəki su hovuzuna düşüb və boğularaq ölüb.
Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.
S.B.
www.oxu.az