Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Çaykənd kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, ümumi çəkisi 3 125 kiloqram olan, 9 773 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.