Göygöl şəhəri ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, qəzada 1990-cı il təvəllüdlü S.Zeynalov, 2003-cü il təvəllüdlü B.Abdullayev, 2014-cü il təvəllüdlü H.Nəcəfov, 2003-cü il təvəllüdlü A.Bağırov və 1971-ci il təvəllüdlü S.Soltanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
18:52
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.
Hərəkətdə olan VAZ 21011 və “Mercedes-Benz” markalı minik maşınlarının toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.