Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Göygöldə iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Göygöl rayonunda yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.
VAZ-2106 və QAZ-24 markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Elgün Əmiraslanov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Daşkəsən" teqi üzrə xəbərlər
Ən çox oxunanlar