Göyöl rayonunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun “mal bazarı” adlanan ərazisində qeydə alınıb. Yolu keçmək istəyən təxminən 50-55 yaşlı şəxsi BMW markalı avtomobil vurub.
Sürücü yaralını Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.