“Greenville Residence” yaşayış kompleksi Türkiyə şirkəti olan “Aral Group”un unikal layihəsidir.
Müəllimlərin rolunu yüksək dəyərləndirən şirkət onları düşünərək “Greenville Residence”də müəllimlər üçün daha sərfəli satış şərtləri təqdim edir. Belə ki, 22 sentyabr - 24 oktyabr tarixləri arası ipoteka ilə mənzil alan müəllimlər və ya yaxın ailə üzvləri ilkin ödəniş zamanı 5000 AZN hədiyyə əldə edirlər. 1050 AZN qiymətlərlə başlayan mənzilləri ipoteka zamanı tək şəxsiyyət vəsiqəsi ilə cəmi 15 % ilkin ödənişlə, illik 9 %, 22 ilədək müddətə əldə etmək mümkündür.
Layihəni digər yaşayış komplekslərindən fərqləndirən əsas cəhəti sakinlərin rahatlığı və istirahəti üçün landşaftın inkişafına geniş ərazinin ayrılmasıdır. 10 hektar ərazidə yerləşən kompleksdə tikili sahəsi cəmi 2 hektar ərazini əhatə edir, qalan 8 hektar sahə yaşıllıq - 15 000 ağac və bitkinin əkilməsi üçün ayrılıb. Aktiv həyat tərzini sevənlər üçün kompleksdə 5 km uzunluğunda qaçış və velosiped zolaqları, basketbol, futbol meydançaları, böyük tennis kortu, 2-si qapalı, 1-i açıq olmaqla üzmə hovuzları və s. mövcuddur. Yaşayış kompleksi daxilində uşaqlar üçün oyun meydançaları, bağça, məktəb yerləşəcək, həmçinin restoran, kafelər və açıq havada kinoteatr da fəaliyyət göstərəcək. Xüsusilə qeyd etmək lazımdır ki, “Greenville Residence” ərazisində hər kəsin istifadəsinə açıq, ayrıca giriş-çıxışla təmin edilmiş ticarət mərkəzi də mövcud olacaq.
“Greenville Residence” şəhər mərkəzindən 15 dəqiqə, 20 yanvar metrosundan isə 3.4 km. məsafədə yerləşir. 2022-ci ildə təhvil veriləcək unikal kompleks barədə ətraflı məlumat əldə etmək üçün *4242 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.