Güclü külək səbəbindən paytaxt ərazisində 46 ağacın budağı qırılıb.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, gecə saatlarından davam edən güclü küləyin paytaxt ərazisində yaratdığı fəsadlar operativ şəkildə aradan qaldırılır.



09:16
Gecə saatlarından başlayan güclü külək paytaxtda ağacları aşırıb.
Oxu.Az xəbər verir ki, paytaxtın Nəsimi, Yasamal və Nərimanov rayonlarında müxtəlif küçə və prospektlərdə ağaclar aşıb.
Bunun nəticəsində bəzi prospektlərdə yollar bağlanıb.




Könül Cəfərli