Güclü küləyin ölkənin Mərkəzi Aran regionunda elektrik enerjisi infrastrukturuna vurduğu ziyan aradan qadırılır.
Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Qurumun açıqlamasına görə, təbiət hadisəsi nəticəsində Biləsuvar və Cəlilabadın kəndlərinin bəzilərinə ötürülən elektrik enerjisi təchizatında fasilə yaranıb:
“Dərhal əraziyə “Azərişıq” ASC-nin əməkdaşlarından və texnikasından ibarət briqadalar göndərilib və operativ olaraq qəzanın nəticələri aradan qaldırılması prosesi həyata keçirilib. Hazırda elektrik enerjisi kəsintisi olan ərazilərdə tamamlama işləri həyata keçirilir.
“Azərişıq” ASC olaraq istehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları kəsinti və qəza halları ilə bağlı 24 saat fasiləsi fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.
21:38
Güclü külək və leysan Biləsuvar və Cəlilabadın bir sıra ərazilərini işıqsız qoyub.
Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat verib.
Sakinlərin bildirdiyinə görə, güclü külək və leysan səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyd edək ki, hazırda hər iki rayonda küləklə müşahidə olunan leysan yağır.
Hələlik leysanın digər fəsadları haqqında məlumat yoxdur.