Bakıda gecədən davam edən güclü yağışlar paytaxtın bir neçə rayonunda evlərin su altında qalmasına səbəb olub.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, güclü yağışlar Binəqədi rayonu ərazisində fərdi yaşayış evlərini su basması ilə nəticələnib. Nazirliyin xilasediciləri 2 nəfəri evdən çıxarıblar.
Daha bir hadisə isə Nərimanov rayonunda baş verib. Burada su basmış evdən 5 nəfər təxliyyə olunub.
Qeyd edək ki, hazırda Bakıda güclü yağışlar davam edir.
Foto: Jurnalist Məhəmməd Qəribli