Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Gülazar” limonadlarının istehsal olunduğu sexdə iyrənc mənzərə - FOTO
Gəncədə qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb.
Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Agentlik əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib. Baxış zamanı fiziki şəxs Mustafayev Mübariz Müşfiq oğluna məxsus sexdə texniki reqlamentlərin və və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
“Gülazar” əmtəə nişanlı limonad istehsal olunan sexdə istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin, istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib.
Qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.
İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Faktla bağlı araşdırmalar davam edir.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- İrandan idxal olunan bəzi qida məhsullarında uyğunsuzluq aşkarlandı
- Bakıda pablardan birində saxta alkoqollu içkilər aşkarlanıb
- Quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə helikopterlə aparılacaq
- Yasamalda istehlaka yararsız ətin satışının QARŞISI ALINDI
- Binəqədidə şadlıq sarayında YOXLAMA - Nöqsanlar aşkarlanıb
Rəylər