Havalar isindikdə gün eynəklərinə tələbat artır. Lakin harada gəldi satılan eynəklərlə, ixtisaslaşmış dükanlarda satılanlar arasında nəzərəçarpacaq dərəcədə qiymət fərqi var.
Oxu.Az Xezerxeber.az-a istinadla məlumat verir ki, illərdir apteklərdə və ixtisaslaşmış dükanlarda satılan eynəklərin gözə daha çox xeyirli olduğu deyilib, danışılıb. Metro stansiyalarının yaxınlığında, yol kənarlarında açıq havada satılan eynəklərin isə korluğa belə səbəb olacağı iddia olunub.
Əslində isə belə deyil. Mütəxəssislər insanlar arasında formalaşan bu fikrin yanlış olduğunu deyirlər.
Mütəxəssislər qiyməti keyfiyyətin müəyyənləşdirdiyi ilə razılaşırlar. Lakin keyfiyyət dedikdə eynəyin gözə təsiri yox, şüşənin dözümlülük qabiliyyəti nəzərdə tutulur.
Mütəxəssislər günəşli havada eynəkdən istifadəni mütləq hesab edirlər. Çünki günəşin ultrabənövşəyi şüası gözün görmə qabiliyyətini zəiflədə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İ.N.