"Ailə institutuna təhdidlərdən biri də din adı altında olan təhdidlərdir".
Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda qeyd edib:
"Bu gün din xadimlərinin, dinşünasların üzərinə böyük məsuliyyət düşür. Dini-milli mənəvi dəyərlərimizi elə təbliğ etməliyik ki, bu təbliğat nəticəsində ailə institutu din pərdəsi altında başqa xalqlara, açıq desək, ərəb, iranlı ailəsinə bənzəməsin. Biz dini nöqteyi-nəzərdən ailə dəyərlərini, İslamı düzgün şəkildə tətbiq etməliyik. Din xadimləri İslamın şərtlərindən danışırlarsa, onun məqsədlərindən də danışmalıdırlar".
Nəzrin Mirzəyeva