“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində təxliyyə olunanlardan 31 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib.
Oxu.Az xəbər verir ki, xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev APA-ya bildirib ki, xəstələrdən 22 nəfərə ilkin tibbi yardılm göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
“8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Vəziyyətləri qənaətbəxşdir. Onların müalicələri davam etdirilir” deyə, baş. həkim bildirib.
H. Yüzbaşıyevin bildirdiyinə görə, yanıq xəsarətləri ilə daxil olmuş bir nəfər isə Respublika Yanıq Mərkəzinə göndərilib.
20:04
“Günəşli” yatağının yanğın baş vermiş 10-cu Dərin Dəniz Özülündən təxliyyə edilmiş neftçilərin bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev məlumat verib.
Baş həkimin sözlərinə görə, artıq 20 nəfər xəstəxanaya yerləşdirilib.
“Onların vəziyyəti stabildir və daim nəzarət altındadır”, - deyə baş həkim bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağında yanğın baş verib. Məlumata görə, yanğın baş verən özüldən 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.
Reuters agentliyi isə hadisə nəticəsində 32 nəfərin həlak olması barədə xəbər yayıb.