Baku TV-də yayımlanan “Salam Baku” verilişinin növbəti buraxılışı efirə gedib.
Verilişdə son günlər sosial şəbəkələrdə yayılan və məktəblərdə yaşanan neqativ halları əks etdirən videogörüntülər, günümüzün sosial bəlası – ictimai mədəniyyətsizlik kimi mövzular müzakirə olunub.
Sözügedən məsələlərə münasibət bildirən sosioloq Üzeyir Şəfiyev qeyd edib ki, həm məktəblərdə, həm də ictimai yerlərdə yaşanan xoşagəlməz hadisələrdə cəmiyyətin bütün təsisatlarının təqsiri var.
Hər kəs öz məsuliyyətini dərk etməlidir.