Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gürcüstanla sərhəddə baş verən zəlzələ zamanı dağıntı qeydə alınıb?
Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstan-Azərbaycan sərhədindəki zəlzələ ilə bağlı məlumat yayıb.
Oxu.Az FHN-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində Azərbaycan ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumatın daxil olmadığı bildirilib.
"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 17.07.2024-cü il tarixində yerli vaxtla saat 06:09-da Zaqatala seysmik stansiyasından 61 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 5 km dərinlikdə 4.8 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - açıqlamada deyilir.
Gürcüstan-Azərbaycan sərhədində baş verən zəlzələ ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.
Oxu.Az xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda hiss olunub.
Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.
Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.
Rəylər