Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb.
Oxu.Az bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən məlumat verir.
Qeyd edək ki, həftənin istirahət günləri ilə əlaqədar olaraq, bu gün səhər Azərbaycan-Gürcüstan sərhədində sərnişinlər və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub və səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda nisbi sıxlıq yaranıb.
“DGK-nin aidiyyəti qurumları dərhal gücləndirilmiş iş rejiminə keçib və görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb. Hazırda Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir”, - deyə Komitədən bildirilib.
13:46
Dövlət Gömrük Komitəsi (DGK) “Sınıq Körpü” gömrük postunda gücləndirilmiş iş rejiminə keçib.
Komitədən Oxu.Az-a verilən məlumata görə, həftənin istirahət günləri ilə əlaqədar olaraq, Azərbaycan-Gürcüstan sərhədində sərnişinlərin və nəqliyyat vasitələrinin sayinda artım müşahidə olunduğundan bu gün səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda nisbi sıxlıq yaranıb.
DGK-nın aidiyyəti qurumları hazırda gücləndirilmiş iş rejimində çalışaraq, gömrük postunda keçidlərin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirir və yaxın bir neçə saat ərzində yaranmış nisbi sıxlıq tam aradan qaldırılacaq.
S.B.
www.oxu.az