Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hacı Şahin intihar edən homoseksualdan danışdı
Cənazə mərasiminin daş-qalaq edilməsi yolverilməzdir. Hər hansı bir insan olur-olsun, bu, dini baxımdan düzgün deyil.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, dünən intihar etmiş homoseksual İsa Şahmarlının bugünkü dəfnində yaşanan insidentə münasibətində Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli bildirib:
“Şəriətimizdə müəyyən cəzalar var. Ümumiyyətlə, daş-qalaq cəzasının özü dini alimlər arasında ciddi fikir ayrılıqları, mübahisə mövzusudur. Bəziləri belə bir cəza növünü inkar edir. Amma kimliyindən asılı olmayaraq insanın cənazəsinin təhqir edilməsi, daşlanması yolverilməzdir”.
Qeyd edək ki, özünü asaraq intihar etmiş İsa Şahmarlının dəfn mərasimində insident yaşanıb. Binə qəsəbəsində yerli sakinlər daş-kəsəklə dəfnə mane olmaq istəyiblər. Səbəb kimi İsa Şahmarlının cinsi azlıq olması göstərilib. Amma mərhumu Binə qəbiristanlığında dəfn etmək mümkün olub.