Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli sensasiyalı açıqlama verib.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Hacı Şahin kişinin cinsiyyətini dəyişməsi ilə bağlı verilən sualı cavablandıraraq, zərurət olduğu zaman bunun halal olduğunu bildirib.
Hacı Şahinin sözlərinə görə, burda qəbahətli bir şey yoxdur:
“Hormonal dəyişikliklər olduqda, meyillik, günahdan qorunmaq üçün şəriət cinsiyyətin dəyişdirilməsinə icazə verir. Burda qəbahətli bir şey yoxdur. Din bəzi məsələlərə qadağa qoyursa onun həlli yolunu da göstərir”.
Hacı Şahin Həsənlinin həmin müsahibəsini təqdim edirik.
Qeyd edək ki, son zaman İslamda belə yeniliklərlə bağlı xəbərlər gündən-günə artır, belə ki, bir neçə gün bundan öncə sələfi şeyxi homoseksuallığa dəstək üçün fətva verib.
Bəhreynin Bumahir bölgəsində yerləşən Xəlifə ibn Musa məscidinin imamı və universitet müəllimi Şeyx İsa ibn Saleh əl-Həsən Twitter şəbəkəsindəki şəxsi səhifəsində paylaşdığı yeni fətvasında bildirib ki, seksual oriyentasiyasında problemi olan kişilər (homoseksullar) eynicinsləri ilə evlənə bilərlər.
Elvin Əhmədov
www.oxu.az