Hacıqabul rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Muğan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Əhmədli Qüvvət Taqət oğlu həyətdəki yarımtikilidə özünü asaraq intihar edib.
Hadisənin səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.