Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, "Mercedes" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar - Saatlı rayon sakinləri, 1973-cü il təvəllüdlü Arzu İdris qızı Kərimova, 2018-ci il təvəllüdlü Zeynəb Vəli qızı Vəlizadə, 2011-ci il təvəllüdlü Adəm Rafiq oğlu Ağamalıyev və Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Pərviz Ramiz oğlu İsgəndərov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, qəza zamanı dörd nəfər xəsarət alıb.
Hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik maşınlarının toqquşması nəticəsində ikisi azyaşlı olmaqla dörd nəfər ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.