Bakıda Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin fasadında Çin dövlət bayrağının təsviri nümayiş etdirilib.
Çin Xalq Respublikasının (ÇXR) yaranmasının ildönümü münasibətilə Bakının bir sıra memarlıq obyektləri ÇXR-in dövlət bayrağının proyeksiyası ilə işıqlandırılacaq.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı Olimpiya Stadionu və Heydər Əliyev Mərkəzinin fasadlarında Çin dövlət bayrağının təsviri nümayiş etdiriləcək.
İşıqlandırma 19:00-dan 00:30-dək davam edəcək.