Hacıqabulda ağır yol qəzasında ölən 4 nəfərin şəxsiyyəti məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı, 20 CV 781 dövlət nömrə nişanlı avtomobili idarə edən Göygöl sakini, 1968-ci il təvəllüdlü Məmmədov Namiq Əbülfəz oğlu, bir ailənin 3 üzvü - Gəncə sakinləri, 1970-ci il təvəllüdlü Kərimov Nəsib Samit oğlu, onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Kərimova Rima Mamed qızı və qızı 1993-cü il təvəllüdlü Kərimova Əminə Nəsib qızı hadisə yerində ölüblər.
20:00
Hacıqabul rayonunda ölümlə nəticələnən yol qızası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 92-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvai kəndi ərazisində qeydə alınıb.
markalı avtomobilin idarəetməni itirərək aşması nəticəsində avtomobildə olan 4 nəfər ölüb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.