Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hacıqabulda yolsuzluq PROBLEMİ: "Dəfələrlə desək də, HƏLL EDƏN YOXDUR"
Hacıqabul rayonunda Məhsəti Gəncəvi küçəsinin sakinləri yolun yararsız halda olmasından şikayətçidirlər.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, küçənin bərbad vəziyyətdə olmasından hamı əziyyət çəkir:
"İki azyaşlı övladımı qış aylarında zorla məktəbə yola sala bilirəm. Palçıq, su əlindən hərəkət etmək olmur. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, problemi həll edən yoxdur."
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, satınalma planına uyğun olaraq Hacıqabul şəhərində hər il 30 min kvadrat metr və ya yeddi kilometr uzunluğunda yollara asfalt örtüyü döşənir.
"Məhsəti Gəncəvi küçəsi də 2025-ci ilin satınalma planına salınıb. Hazırda layihələndirmə mərhələsindədir, layihə-smeta sənədlərinin hazırlanması üçün kotirovka sorğusu keçirilib.
Layihələndirmə işləri başa çatdıqdan sonra işlərin görülməsi üçün tender keçiriləcək. Tenderin qalibi ilə müqavilə bağlandıqdan sonra isə işlərin görülməsi həyata keçiriləcək", - deyə S.Ələskərov bildirib.
Əzizə İsmayılova
"Azərbaycanda yol problemi" teqi üzrə xəbərlər
- "Kənd vergi vermədiyi üçün yola asfalt çəkilmir" - RİH cavabdan yayındı
- Hövsanda yol problemi: "Palçıqlı ayaqqabılarla marşruta minməkdən bezmişik"
- "Asfalt dağılıb, ətrafı üfunət basıb" - Xırdalanda yeni layihəyə daxil edilən yol niyə düzəlmir?
- Tikintisinə 21 milyon manat ayrılan yol Allahın ümidinə qalıb?
- Lerikdə qar uçqunu nəticəsində 20-yə yaxın kəndin yolu kəsilib