Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 25-də parlamentin Əmək və sosial siyasət komitəsinin ilik iclası keçirilib.
Oxu.Az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, hesabat dövründə altı iclas keçirilib, 14 məsələ müzakirə olunub və 12 qanun layihəsi plenar iclaslara tövsiyə edilib.
Onun sözlərinə görə, hesabat dövründə komitəyə vətəndaşlardan 473 ərizə, şikayət və müraciət daxil olub.
“Digər komitələrlə müqayisədə bizə daxil olan ərizə və şikayətlərin sayı daha çox olub”.
Komitə sədri deyib ki, son payız sessiyasında 363 vətəndaş qəbul edilib, dinlənilib:
“Bu da onu göstərir ki, komitəmizə inam, etimad böyükdür”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az