Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları qəzaya düşüb.
Xidmətin yanğınsöndürən avtomobili ilə yük maşını toqquşub.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva Oxu.Az-a bildirib ki, hadisə günorta saatlarında Binəqədi rayonu ərazisində baş verib:
“Hadisəyə çıxış edən zaman Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları qəzaya düşüblər.
Xəsarət alanlar var. Yaralananlardan biri xəstəxanaya yerləşdirilib. Digərlərinin xəsarətləri yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar”.
İlhamə Əbülfət