Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hansı həkimlər plastik cərrahiyyə əməliyyatı edə bilərlər? - SİYAHI
Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin və "Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı" təsdiq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində yaradılmış Xüsusi Təftiş Komissiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb:
"Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunublar və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audioçəkilişləri aparılıb və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib:
"Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı" tərtib olunaraq linkdə yerləşdirilib.
Qeyd olunan linkdə göstərilən siyahı 17 aprel 2025-ci il tarixinə olan məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək.
Məlumatda qeyd edilib ki, bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə "Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı" təsdiq edilib.
"Həkimlərin sertifikasiyası" teqi üzrə xəbərlər
- Adı qalmaqalda hallanan, diplomsuz işlədiyi deyilən kosmetoloq Gülsüm Əliyeva: "Endirim edəcəyəm"
- Adil Vəliyev: "250 kredit balı yığan həkimlər sertifikasiya imtahanından azad ediləcəklər"
- Bakıda qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq böyük məbləğdə cərimələnib
- Sertifikasiyadan keçməyib, texniki universiteti bitirən Nigar Rüfət necə həkim olub?
- Teymur Musayevdən plastik cərrahlarla bağlı AÇIQLAMA