Bu gün gecə Bakıda ağır avtomobil qəzası baş verib.
Oxu.Az xəbər verir ki, yol-nəqliyyat hadisəsi hava limanına gedən yolda, köhnə “Komsomol dairəsində” baş verib.
İlkin məlumatlara görə, qəzaya “FAV” markalı yük avtomobilinin idarəetməni itirərək, eyni istiqamətdə hərəkət edən “CHERY COWİN” markalı minik avtomobilinə çırpılıb.
Güclü zərbə nəticəsində “CHERY COWİN” tanınmaz hala düşüb.
Hadisə şahidlərinin Oxu.Az-a bildirdiklərinə görə, qəzada “CHERY COWİN”nin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Foto: Tural Səfərov
Elvin Əhmədov
www.oxu.az