Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Havada müşahidə olunan toz nə vaxta qədər davam edəcək?
Bu gün gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Oxu.Az-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır.
“Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, - deyə Rəna Allahverdiyeva bildirib.
Ən çox oxunanlar
Rəylər