Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hazırda neçə nəfər sığınacaqda himayə edilir?
Havalar getdikcə soyuyur. Bəzən parklarda, yol kənarlarında yatan insanlara rast gəlirik. Bu şəxslərin arasında əksəriyyəti sərxoşlar, tüfeyli həyat sürənlər olsa da, yaşayacaq evi və yeməyi olmayanlar da var.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov "Trend"ə açıqlamasında bildirib ki, müəssisə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirir.
"Müəssisəyə qəbul olunanlara burada sosial-məişət, sosial-hüquqi, sosial-psixoloji və sosial-pedaqoji xidmətlər göstərilir.
Sığınacağa qəbul qaydalarına uyğun olaraq, şəxs müəssisəyə qəbul edilməmişdən əvvəl onun sağlamlıq vəziyyətinin ilkin tibbi müayinəsi aparılır, müvafiq səhiyyə müəssisəsi tərəfindən yoxlanılır. Həmçinin, vətəndaşın yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış təqdim olunur".
M.Həşimov bildirib ki, müəssisənin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası və müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiyası şöbələrində bu ilin yanvar-oktyabr ayları ərzində 113 nəfərə xidmət göstərilib.
"Onlardan 60 nəfəri müəssisəyə bu il qəbul edilib. Hazırda 55 şəxs burada dövlət qayğısı ilə əhatə olunur", - deyə o qeyd edib.
"Sosial Xidmətlər Agentliyi" teqi üzrə xəbərlər
- Küçədə qalan qadın başına gələnləri danışdı: "Anam məni uşağımla birlikdə qəbul etmir"
- Azərbaycanın daha bir rayonunda bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar
- Tikintidə yatan 65 yaşlı şəxs: "Övladlarımı biabır etmək istəmirəm"
- Bakıda kimsəsiz ahılların ümid yeri olan müəssisədən FOTOREPORTAJ
- Xüsusi qayğıya ehtiyacı olan uşaq: "Gələcəkdə Ronaldinyo kimi futbolçu olmaq istəyirəm"
Rəylər