Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azadlığa buraxılan tiktoker yenidən SAXLANILDI
"Roşka" ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanov yenidən polis tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, R.Süleymanov 2023-cü il noyabrın 27-də saxlanılaraq, 45 sutka həbs cəzası almışdı. Yanvarın ikinci ongünlüyündə həbs müddəti bitdiyi üçün azadlığa buraxılan R.Süleymanov bu gün polis bölməsinə aparılıb.
Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar etdiklərinə görə həbs olunan tiktokerlərdən artıq azadlığa buraxılanlar var.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Sako" ləqəbli Sadiq İsmayılov və "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə həbs müddətləri bitdiyi üçün sərbəst buraxılıblar.
Xatırladaq ki, Rövşən Süleymanzadədən narkotik vasitə olan marixuana aşkarlandığı üçün 45 sutka inzibati qaydada həbs edilmişdi. Sadiq İsmayılov da eyni ittihamla 60 sutka inzibati qaydada həbs olunmuşdu.
Rəylər