Belçika yığmasının qızğın azarkeşi, Braziliyada Dünya Çempionatının matçlarından birində kameralara düşməsi ilə məşhur kosmetika şirkəti L’Oreal-dan müqavilə bağlamaq təklifi almış 17 yaşlı Aksel Despigeler sən demə heç də göründüyü kimi “mələk” deyilmiş.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, qızın ov etmək həvəskarı olduğu məlum olub. Qız internetdə yerləşdirdiyi fotolardan birində əlində silah öldürülmüş heyvanın yanında dayanıb.
“Ov – ölüm-dirim məsələsi yox, daha vacib bir şeydir”, - deyə, qız Facebook-dakı səhifəsində yazıb.
Bununla da, gənc Amazonkanın model karyerası sual altına düşüb.
Belə ki, L'Oreal şirkəti Akselin yazdıqlarını hələ şərh etməsə də, şirkətin təbiətin mühafizəsi üzrə mövqeyi çoxdan bəllidir – məsələn, təkcə 2012-ci ildə L'Oreal ABŞ-da ətraf mühitin mühafizəsinə 1,2 milyon dollar pul ayırıb.