Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Həftəsonu nəqliyyatın hərəkəti bərpa ediləcək? - AÇIQLAMA
“Həftəsonu nəqliyyatın məhdudlaşdırılmasının əsas məqsədi aktivliyin azaldılması ilə əlaqədardır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, aktivlik artan kimi yoluxma sayı da kəskin artır:
“Sentyabrın əvvəlinə qədər hələ vaxt var. Gələn ayın ortalarında ölkədəki epidemioloji vəziyyətdən asılı olaraq həftəsonu nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilə bilər”.
O qeyd edib ki, hələlik həftəsonu nəqliyyatın fəaliyyəti barədə müzakirələr aparılmır.
İlhamə Əbülfət