Bakıda və Abşeron yarımadasında iyulun 8-9-da havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında iyulun 8-9-da havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35-38 dərəcə isti, bəzi yerlərdə 41 dərəcəyədək, dağlıq rayonlarda isə 23-28 dərəcəyədək isti olacağı gözlənilir.
13:04
Ölkə ərazisində iyulun 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 35-45% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.