Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Həkim Bəhram Bağırzadənin vəziyyəti barədə: “Telefonla yaxınları ilə danışıb”
“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır kimi qiymətləndirilir”.
Bu barədə Oxu.Az-a Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib.
O bildirib ki, Əməkdar artistin huşu aydındır.
Həkimin sözlərinə görə, Bəhram Bağırzadə artıq bir neçə gündür spontan tənəffüsdədir:
“Vəziyyəti stabildir. Bu gündən etibarən traxeostomanın müvəqqəti qapadılması və tənəffüsün fizioloji yollarla (ağız və burundan) alınması yoxlanılacaq. Bu istiqamətdə bir neçə dəfə yoxlama aparıldıqdan sonra traxeostomanı çıxarmaq mümkün olacaq.
Xəstədə müşahidə edilən miopatiya əlamətləri xeyli geriləyib. Onlara qarşı müvafiq fizioterapevtik müalicə aparılır. Bəhram Bağırzadə artıq aktiv hərəkət edir, danışır, hətta ayağa qalxır. O, artıq telefonla yaxınları ilə də danışıb”.
Könül Cəfərli
Rəylər