“Hazırda ölkədə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 300 mini keçib”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində gedən canlı yayımda nazirliyin mütəxəssis eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.
O, Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin sayının artdığını və vəziyyətin ürəkaçan olmadığını bildirib:
“Dünyada şəkərli diabetdən əziyyət çəkənlərin sayı dörd milyona yaxınlaşıb”.
Könül Cəfərli