Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DSX-nin ildırım vurması nəticəsində həlak olan əsgəri Gəncədə dəfn edilib
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində iyunun 9-da ildırım vurması nəticəsində həlak olan əsgəri Əli Elşən oğlu Nağıyevlə Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb.
"Report"un yerli bürosunun məlumatına görə, əsgər Əli Nağıyev Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olan əsgər Nağıyev Əli Elşən oğlu ilə Gəncə şəhərində vida mərasimi keçirilir.
APA-nın qərb bürosu xəbər verir ki, şəhid hərbçinin nəşi Gəncədə ailəsinin yaşadığı evə gətirilib. Burada onunla vida mərasimi keçirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Əli Elşən oğlu Nağıyevin nəşi Gəncəyə gətirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, 2005-ci il təvəllüdlü Nağıyev Əli Elşən oğlunun nəşi ailəsinə təhvil verilib. Bir neçə saatdan sonra onun bir vaxtlar yaşadığı evin önündə Ə.Nağıyevlə vida mərasimi başlayacaq.
Xatırladaq ki, hadisə dünən baş verib. DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.