ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan özünün Tvitter səhifəsində yazıb.
Səfərin mayın 16-da baş tutacağı bildirilir.
Vasitəçilər Bakı və Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə də səfər edəcəklər.