Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, Azərbaycan Ordusunun giziri, Zaqatala rayon sakini Sadiq Əsgərov doğulub boya-başa çatdığı Qımır kəndində dəfn edilib.
Hərbi qulluqçunun dəfn mərasimində qulluq etdiyi hərbi hissənin bir qrup zabit və əsgəri, Zaqatala rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti və mərhumun yaxınları iştirak ediblər.
Qeyd edək ki, ötən gün Daşkəsəndə 1986-cı il təvəllüdlü Sadiq Əsgərovun içərisində olduğu hərbi hissənin avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaya daşlarına dəyib. Nəticədə hərbçi aldığı ağır xəsarətlərdən hadisə yerində həlak olub.
Daşkəsəndə ordumuzun hərbçisi vəfat edib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Zaqatala rayonundan olan gizir 1986-cı il təvəllüdlü Sadiq Əsgərov "Ural" markalı hərbi nəqliyyat vasitəsinin altında qalaraq həyatını itirib.
Mərhumun Zaqatalanın Qımır kəndindən olduğu və üç övladının qaldığı bildirilib.
