Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər - FOTO/VİDEO
Cari ilin döyüş hazırlığı planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Plana uyğun olaraq hərbi vəzifəlilərlə atəş hazırlığı üzrə məşğələlər keçirilib, onlara müxtəlif çaplı atıcı silah və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri çatdırılıb.
Təhlükəsizlik qaydaları izah olunduqdan sonra peyda olan hədəflərə atəş mövqeyini dəyişməklə müxtəlif vəziyyətlərdən atəşin aparılması üzrə tapşırıqlar icra olunub.
Döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən toplanışda fəaliyyətlər uğurla yerinə yetirilib.

"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb
- Azərbaycan Ordusunun hərbçiləri dumanlı hava şəraitində qar uçqununa düşüblər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
- XİN-dən Ermənistan baş nazirinin ofisinin sərhəddə atışma ilə bağlı bəyanatına CAVAB