Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı
Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, ölən Şəki rayonunun Köndələn kənd sakini, 1956-cı il təvəllüdlü Yusif Cabbar oğlu Mustafayevdir.
Xəsarət alan sürücülərin isə Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Oruc Qurban oğlu Muradov və Şəki rayonunun Baş Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Samir Nazim oğlu Abdullayev olduğu müəyyən olunub.
Bu gün saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan "KamAZ" markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.
Oxu.Az xəbər verir ki, nəticədə piyada aldığı xəsarətlərdən ölüb, "KamAZ" və traktorun sürücüsü xəsarət alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
