Həsən Əliyev küçəsinin bir hissəsi açıldı, digər hissəsində isə hərəkət məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata əsasən, Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində asfalt-beton örtüyünün yenilənməsi işləri tamamlandığından yolda nəqliyyat vasitələrənin hərəkəti bərpa olunmuşdur.
Bu axşam saat 23:00-dan etibarən Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək olan hissəsi yolun asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Hənifə Ələsgərov və Abbasqulu Ağa Bakıxanov küçələrindən istifadə etmələri tövsiyə olunur.