Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişinlərə MÜRACİƏT
Bu ilin oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-a qədər Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şosesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Sərnişinlərə tövsiyə olunur ki, gecikmələrin qarşısını almaq üçün səfərlərini öncədən planlaşdırsınlar, alternativ olaraq Zığ şosesi - Zığ-Hövsan - Hava Limanı marşrutundan istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər.
Bildirilib ki, "Aeroexpress" avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərəcək.
"Heydər Əliyev Beynəlxalq Aeroportu (Hava limanı) GYD" teqi üzrə xəbərlər
- Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək
- Rusiya təyyarəsi Bakıya məcburi eniş etdi
- Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - RƏSMİ AÇIQLAMA
- Azərbaycanda tanınmış aktyor narkotiklə tutuldu - Cinayətkar qrupun üzvü imiş
- Lionel Messi və dünya futbol ulduzlarının Bakı səfəri başa çatdı
Rəylər